Page 1 of 1

İş Axtarıram

Posted: September 26th, 2020, 11:03 am
by Telman
Salam,
Mənim adım Telman Bakıda yaşayıram, Kanadada işləmək istəyirəm, işin fərqi yoxdur, İnformasiya Texnalogiyaları üzrə mühəndis işləmişəm 5-il,
internet,telefon, kabellərinin montaj edilməsi, təhlükəsizlik kameralarının quraşdırılması, kompüterlərin təmir olunması, MAC kompüterlərinə əməliyyat sisteminin yazılması, bacarıram.
telman93@outlook.com

Re: İş Axtarıram

Posted: September 26th, 2020, 9:47 pm
by EL-KHAN
Mənim dostum həmin bu vəzifə ilə gəlib. Qul kimi indi işləyir. Hələ iki il işləməlidir.
15min pul alacaqlar onan, 2-3 il qul kimi kiçik bir maaşa işləyəcək, axırda isə PR almaq hələdə sual altındadır:-(
Yenədə inqlis dili tələb olunur:-(

Re: İş Axtarıram

Posted: September 27th, 2020, 3:34 am
by Vusal650
Dostunuz şirkət tərəfindən gəlib Kanadaya yoxsa fərdi hansısa şəxs göndərib?Nə işində işliyir nə qədər maaşa?

Re: İş Axtarıram

Posted: September 28th, 2020, 3:12 pm
by EL-KHAN
Dostum Toronto-da vəkillər ilə danışlb. Onlar onu ünvanlandırıblar recruiting agency-yə hansı ki onun üçün işə götürəni tapıb.
İşə götürən müqaviləni 55k bağladıyıb, amma Skype ilə danışanda deyib ki 30k ödəyəcək. Razılıq əldə olunan sonra LMİA müraciət olunub və 7 ay LMİA approval gözlənilib.
LMİA əsasında Work permit üçün müraciət olunub. Nəticədə özü işə götürərənə Bağlı Work permit alıb yoldaşı isə Open work permit.

Re: İş Axtarıram

Posted: September 28th, 2020, 3:12 pm
by EL-KHAN
Hal hazırda aldığı maaş 2100 dollar ayda. Toronto-da heç kirayə pulu eləmir. Hal hazırda əsas işi access control, intercom, security camera quraşdırmaqdır. Arada müdürü fəhlə kimi basıb işlədir. Məslən, sürücü, mebel daşımağa fəhlə, divarları boyamağa və s.

Re: İş Axtarıram

Posted: October 1st, 2020, 3:54 am
by Vusal650
Vəkillər Azərilərdi yoxsa başqa millət?Vəkillərə nə qədər pul ödüyüb?O işə götürəni tapmaqda yardım edən şirkət xarici millətdir yoxsa Azəri?Məndə çox istərdim ora köçmək.

Re: İş Axtarıram

Posted: October 1st, 2020, 3:26 pm
by EL-KHAN
Vəkillərin millətini bilmirəm. Forumda bu istiqamətsə işləyən şirkətlərin siyahısı var. Əsas Ukraina və İzrail dən çoxlu müraciət edənlər var.

Re: İş Axtarıram

Posted: October 1st, 2020, 3:29 pm
by EL-KHAN
Vəkillər ilə 15min servis xərci danışıb. Pulu hər adım əvvəlli ödəyirdi.
Məsələn, müqavilə bağlandı: 2500
İşə götürən tapıldı və LMİA reklamı başladı 5000
LMİA gəldi və İş icazəsinə müraciət olundu 5000
2 işləyənən sonra isə 2500 verəcək ki PR apply etsinlər.
Cəmi 15min.
Amma indiki qiymətləri bilmirəm.

Re: İş Axtarıram

Posted: October 1st, 2020, 3:31 pm
by EL-KHAN
İşlədiyi şirkət Bakı yaxudiləridir. Azərbaycan ilə bağlığı var. Amma bunun biznesə heç bir dəhli yoxdur. Gul kimi işlədilər.

Re: İş Axtarıram

Posted: October 2nd, 2020, 7:12 am
by Vusal650
15000 dollar?

Re: İş Axtarıram

Posted: October 6th, 2020, 1:06 am
by Vusal650
Siz o dostunuzdan öyrənə bilərsiniz hansı şirkətlə danışıb və onlarla necə əlaqə yaratmaq olar?

Re: İş Axtarıram

Posted: October 8th, 2020, 4:37 pm
by Aygun83
Salam!
Azərbaycandan (və ya digər ölkədən) Kanadada iş tapmaq qəliz olsa da, mümkündür. Əvvəlcə yaxşı bir resume hazırlayırsınız, sonra isə iş elanlarını açıb, yollayırsınız ora.
Çalışın Ontariodan başqa əyalətlərə də yollayın, çünki orada işçi güvvəsi azdır, həm də dil biliyi aşağıdır. və əlbəttə ki, ingilis dilini mükəmməlləşdirmək yadınızdan çıxmasın - bu, çox önəmlidir.
İşinizdə üğürlar arzulayırıq!

Re: İş Axtarıram

Posted: October 8th, 2020, 4:38 pm
by Aygun83
Vusal650 wrote: October 6th, 2020, 1:06 am Siz o dostunuzdan öyrənə bilərsiniz hansı şirkətlə danışıb və onlarla necə əlaqə yaratmaq olar?
Şirkətlər çoxdur, etibarlısı azdır(

Re: İş Axtarıram

Posted: October 9th, 2020, 5:55 am
by Vusal650
Sizin o dostunuz hansı şirkətlə danışıb razılaşıb?Məndə bilirəm ki etibarlısı azdır.Bəs burda axı bir çox şirkətlərin adları yazılıb onlar hamısı etibarlı deyilsə nəyə görə bura daxil ediblər?

Re: İş Axtarıram

Posted: October 9th, 2020, 10:44 am
by Aygun83
Mən demirəm ki, sadalananlar etibarsızdır, mən onlarla əməkdaşlıq etməmişəm.
Ümumiyyətlə işədüzəltmə şirkətləri həddən artıq çoxdur, əlbəttə ki, onların arasında etibarlısı da var, etibarsızı da. Hər halda işə başlamazdan əvvəl rəyləri öyrənin

Re: İş Axtarıram

Posted: October 10th, 2020, 9:08 am
by Vusal650
Tanışlarınızdan hansısa uğurlu iş gördükləri şirkət varsa onu bizədə deyin

Re: İş Axtarıram

Posted: October 11th, 2020, 1:33 am
by Vusal650
Kanadaya uyğun yaxşı cv formasını hardan yükləmək olar?

Re: İş Axtarıram

Posted: October 11th, 2020, 1:35 am
by Vusal650
Kanadada ingilis dilindən çox rus dilinə üstünlük verən iş sahiblərini tapmaq çox çətindir?

Re: İş Axtarıram

Posted: October 26th, 2020, 5:20 pm
by Aygun83
Orada rus dili ümumiyyətlə lazım deyil