Page 1 of 1

Artıq Kanadadan çıxmadan iş icazəsi üçün müraciət etmək olar

Posted: August 25th, 2020, 3:30 pm
by Ismail
24 Avqust 2020-ci ildə, Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq Nazirliyi (IRCC), iş icazəsi müraciətləri ilə bağlı yeni bir müvəqqəti siyasətlə əlaqədar press-reliz açıqladı.
IRCC, Əmək bazarına təsirin qiymətləndirmələsi (LMIA) tərəfindən təsdiq edilmiş etibarlı iş təklifi olan xarici ölkə vətəndaşlarına Kanadadan getmədən iş icazəsi almaq üçün müraciət etməyə müvəqqəti olaraq icazə verdi. Bu siyasət həm də son 12 ay ərzində etibarlı iş icazəsi olanlara da aiddir ki, onlar da iş icazəsi ərizəsi tam təsdiqlənənədək yeni işəgötürənlə işləməyə başlaya bilsinlər.