Kanada və ABŞ sərhədlərin bağlanmasını sentyabrın 21-dək uzatdılar

Post Reply
Leman
Articles: 0
Posts: 5
Joined: August 16th, 2020, 5:58 am

Kanada və ABŞ sərhədlərin bağlanmasını sentyabrın 21-dək uzatdılar

Post by Leman »

Ümumdünya Covid-19 pandemiyasına görə federal hökumət Kanada ilə ABŞ arasındakı quru sərhədinin sentyabrın 21-dək daha 30 gün müddətinə uzatmağı planlaşdırır.
Artıq bir neçə aydır ki, vacib olmayan səyahətlər üçün sərhədlər bağlıdır, lakin ABŞ-ın bir neçə ştatında hələ də yeni yoluxmaların sayının artmasına görə iki hökumət dünyanın ən uzun beynəlxalq sərhədi boyunca səyahətləri məhdudlaşdırmağa davam etmək barədə qarşılıqlı razılığa gəldilər.
Bu hal iki ölkə arasında trafikin kəskin azalmasına gətirib çıxarıb, lakin yük maşınları sürücüləri və tibb işçiləri kimi əsas işçilər, məhdudiyyətlərə baxmayaraq, əvvəlki kimi sərhədi keçə bilərlər. Kanadalılar isə təyyarə ilə ABŞ-ın istənilən yerinə uça bilərlər.
Post Reply