Nova Scotia İmmiqrasiya Proqramı (NSNP)

Peşəkar, iş adamları, tələbə və təcrübəli mütəxəsislər üçün Vilayətlər programları.
Post Reply
Aygun83
Articles: 0
Posts: 126
Joined: August 14th, 2020, 10:16 pm

Nova Scotia İmmiqrasiya Proqramı (NSNP)

Post by Aygun83 »

Nova Scotia əyaləti Kanadanın şərq sahilində yerləşir və 3000-dən çox kiçik adanı əhatə edir. Əyalət paytaxtı Halifax böyük mədəniyyət və incəsənət mərkəzi olaraq tanınır.

Nova Scotia əyaləti yüksək həyat səviyyəsinə malikdir. Sakinlərinin iş və ailə arasında tarazlığı qorumaq imkanından qürur duyur. İmmiqrantlara çoxlu sayda pulsuz xidmət təklif olunur ki, onlar özlərini yeni yerdə mümkün qədər tez evdəki kimi hiss etsinlər.

Nova Scotia-nın Provinsial proqramı ((Nova Scotia’s Provincial Nominee Program, NSNP) o məqsədlə yaradılıb ki, bu əyalət üçün bilik və təcrübəsi xüsusi dəyər kəsb edən insanlar bu əyalətin sertifikatını əldə edə bilsinlər ki, bu da onların Kanadaya daimi köçmək şanslarını artıracaq.

Nova Scotia Proqramının (NSNP) əsas immiqrasiya istiqamətləri: Skilled Worker, Entrepreneur, International Graduate Entrepreneur Stream, Nova Scotia Express Entry Labour Market Priorities, Nova Scotia Express Entry Labour Market Priorities for Physicians, Physicians.

Bəs siz Nova Scotia barədə nə deyə bilərsiniz? Bu əyalətdə yaşamaq arzunuz varmı?
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Nova Scotia İmmiqrasiya Proqramı (NSNP)

Post by EL-KHAN »

Hal hazırda iki azərbaycanlı orada yaşayır. Dediylərinə görə, orada böyük planlar var:-)
Aygun83
Articles: 0
Posts: 126
Joined: August 14th, 2020, 10:16 pm

Re: Nova Scotia İmmiqrasiya Proqramı (NSNP)

Post by Aygun83 »

Onların fikrini öyrənmək çox gözəl olardı.
Post Reply