Page 1 of 1

Ad, Soyadın dəyişilməsi

Posted: July 7th, 2019, 11:57 pm
by EL-KHAN
Müxtəlif səbəblərdən azərbaycanlı adını və familiyasını dəyişmək istəyir.
Səbəblər:
1. Kanada-lılar üçün rahat yadda saxlamaq üçün.
2. Yerli əhali üçün tələffüz etmək üçün.
3. Vətən Azərbaycana gedəndə, Kanada vətandaşı kimi köklərini gizlətmək üçün.

Bunu proseduru və xərci nədir? Nə gədər çəkir?

Re: Ad, Soyadın dəyişilməsi

Posted: July 8th, 2019, 12:08 am
by Kanados
Не знаю про процедуру.
Мы меняли после приезда(укорачивали двойную фамилию, но менять можно и имя и фамилию и добавлять миддл нейм) стоило это удовольствие 375 баксов на семью из 4х.
Оформлялось в Сервис Канада. В нашем случае заняло 5 месяцев. Ничего сложного,плати деньги, обьясни причину, и всё поменяют!

Re: Ad, Soyadın dəyişilməsi

Posted: July 8th, 2019, 12:32 am
by EL-KHAN
https://www.ontario.ca/page/change-name
Ontario üçün prosedur bu link üzrə baxa bilərsiz.

Re: Ad, Soyadın dəyişilməsi

Posted: July 8th, 2019, 3:06 pm
by ebabayev
Ontarioda ad-soyadınızı dəyişmək üçün əvvəl ən azı 12 ay bu əyalətdə yaşamalısınız və muraciətinizdə buna aid qarant imzası tələb olunacaq.

Müraciət formasının D və E bölmələrində şəxsinizə qarşı cinayət işi, mülki iddia və ya qərarlar, həmçinin maddi vəziyyətiniz haqda müəyyən suallar var və bunları cavablandırmalısınız. Bu cür məsələlərə görə müraciətinizə rədd cavabı gələ bilər, və ya ləngiməsinə səbəb ola bilər. Keçmişdə və ya hazırda cinayət işləri və ya məhkumluq varsa, polisdən arayış da lazım olacaq.

Azyaşlı (17 yaş və aşağı) uşağın ad-soyadını dəyişmək istəsəniz hər iki valideynin razılığı lazımdır. Əgər valideynlər boşanıblarsa, o zaman uşağın qanuni qəyyumunun (legal custodian) razılığı lazımdır. Əgər boşanma nəticəsində uşağın qəyyumluğu tək şəxsə verilibsə, o şəxsin razılığı bəs edir.

Yuxarıdakılar hüquqi məsləhət deyildir. Vəziyyətinizdən asılı olaraq başqa şərt və sənədlər də lazım ola bilər.