Page 1 of 1

Sürücülük vəsigəsi (driver lisense)

Posted: June 22nd, 2019, 7:22 pm
by EL-KHAN
Respublika YPX-dan aşağıda göstərilən arayışı almağa unutmayın. Arayış həm G1 verənən sonra birbaşa Gfull imtahana icazə verir, həmdə siğorta məbləğini aşağı salır.

Kanadada sürücülük vəsiqəsi əldə etmə

Posted: August 9th, 2019, 7:44 pm
by Mags
Kanadada sürücülük vəsiqəsi əldə etmək üçün nələr lazımdır?

Təcrübəsi olanlardan aşağıdakı suallarıma cavab vermələrini xahiş edirəm:

1 - Azərbaycandan alınmış sürücülük vəsiqələri nə işə yarayır və bu sürücülük vəsiqələrinin olmasının nə kimi müsbət tərəfləri var?
2 - Kanadada sürücülük vəsiqəsi almaq üçün Azərbaycandan aldığımız hansı sənədləri təqdim etməliyik?
3 - Sürücülük vəsiqəsinin hansı kateqoriyaları var?
4 - Sürücülük məktəbləri və onların iş proseduru (tələbləri və ümumi prosedur) necədir?
5 - Sürücülük vəsiqəsi almaq istəyənlər üçün online dərslər olan saytlar və forumlar v armı ?

Hər birinizə öncədən təşəkkür edirəm.

Re: Kanadada sürücülük vəsiqəsi əldə etmə

Posted: August 13th, 2019, 11:02 am
by EL-KHAN
Mags wrote: August 9th, 2019, 7:44 pm Kanadada sürücülük vəsiqəsi əldə etmək üçün nələr lazımdır?

Təcrübəsi olanlardan aşağıdakı suallarıma cavab vermələrini xahiş edirəm:

1 - Azərbaycandan alınmış sürücülük vəsiqələri nə işə yarayır və bu sürücülük vəsiqələrinin olmasının nə kimi müsbət tərəfləri var?
2 - Kanadada sürücülük vəsiqəsi almaq üçün Azərbaycandan aldığımız hansı sənədləri təqdim etməliyik?
3 - Sürücülük vəsiqəsinin hansı kateqoriyaları var?
4 - Sürücülük məktəbləri və onların iş proseduru (tələbləri və ümumi prosedur) necədir?
5 - Sürücülük vəsiqəsi almaq istəyənlər üçün online dərslər olan saytlar və forumlar v armı ?

Hər birinizə öncədən təşəkkür edirəm.
1.
Xaricdə verilən sürücülük vəsiqənin Ontario vilayətində 90 gün müddəti var. Sonra yerli vəsiqə almalısız.
2.
Məktub yuxarıda əlavə olunub. O məktub yüksək klass vəsiqənin alınmasına şərait yaradır.
3.
G1 - qaydalar və nişanlar. Tək sürməyə icazə yox.
G2 - hər 5 il yeniləməlisiz, hər sərnişin üçün kənər olmalıdır.
G full - tam sürücülük vəsiqəsi.
4.
Hələ ki bu haqqda məlumatım yox.
5. Driving test Ontario - Apple store ya Play market.

Re: Sürücülük vəsigəsi (driver lisense)

Posted: August 20th, 2019, 5:02 pm
by Mags
Arayışı Kanadada olan biri üçün Azerbaycandan kimsə ala bilərmi?

Re: Sürücülük vəsigəsi (driver lisense)

Posted: August 21st, 2019, 9:15 pm
by EL-KHAN
Əgər vəkələtnamə varsa Bakı-da ala bilər. Və ya tanış DYP işləyən varsa, təşkil edə bilər.

Həmdə Ottava-da yerləşən konsulluğa müraciət etmək olar. Onlar sizə telefon ilə prosedur izahatnı verəcəklər. Bu yol daha ucuz başa gəlir.