Fırıldaqçılıq qarşısının alınması

İELTS, WES, Certification və digər köməkedici bəndlər
Post Reply
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Fırıldaqçılıq qarşısının alınması

Post by EL-KHAN »

1. İmmiqrasiya sahəsində ödənişli xidmətləri YALNIZ LİSENZİYALI vəkillər (Lawyer) və ya immigrasiya konsultantları (Regulated Canadian Immigration Consultant- RCIC) göstərə bilər. Hər lisenziyalı vəkilin və immiqrasiya konsultantın fərdı linsenziya nömrəsi olmalıdır.

2. İmmiqrasiya konsultantların adını və lisenziyasını https://iccrc-crcic.ca/find-a-professional/ linki vasitəsi ilə yoxlayın.

3. Vəkilin lisenziyasını vəkilin fəaliyyət göstərdiyi vilayətin vəkillər surasının rəsmi internet səhifəsindən yoxlamaq olar. Məsələn, vəkiliniz Ontario vilayətində fəaliyyət gostərirsə onun lisenziyasının təsdiqləmək üçün aşağıdakı linkdən istifadə edin:
https://lso.ca/…/finding-a-l…/lawyer-an ... -directory

4. Sizə nümayəndəninz tərəfindən müqavilə (Retainer agreement) imzalamaq təklif olunmalıdır. Bundan çəkinən vəkil və ya immiqrasiya konsultanta şübhə ilə yanaşın.

5. Müqaviləni sizə birbaşa xidmət göstərən immiqrasiya konsultantı və ya vəkillə imzalayın. Arada vasitəçilər, nümayəndələr və agentlər ilə müqavilə etibarsız ola bilər. “Use of Representative” forması, və ya “Nümayəndə istifadəsi” sənədi sizə təqdim olunmalıdır. Hər bir sənəd istəniləndə o forma doldurulmalıdır.

6. Boş vərəglər və doldurulmamış formaları imzalamayın.

7. Müraciət paketinin və hər bir imzalanmış sənədin sürətinin sizə verilməsini nümayəndənizdən istəyin.

8. İmmiqrasıya ofisindən gələn müraciətin edildiyini tesdiqləyən rəsmi məktubu nümayəndənizdən istəyin. Həmin rəsmi sənəddə sizin müraciət nömrəniz əks olunmalıdır.

9. Nümayəndəyə etdiyiniz hər bir ödənişin gəbzini və ya digər təsdiq sənədini özünüzdə saxlayın. Ödənişi nəğd formada etdikdə nümayəndənizdən qəbzi istəməyi unutmayın.

10. “İmmigration Consultant” yalnız immiqrasiya məsləhəti verə bilər. İşə düzəltmə, aviabilet alınma, sığorta təşkili və digər xidmətlərə görə sizdən ödəniş tələb edə bilməz.

11. Təhsil və ya səyahət üzrə konsultantlar sizə immiqrasiya xidməti təklif edə bilməzlər. Bu cür təkliflər çox vaxt dələduzluğun ilk simptomlarıdır.

12. İmmiqrasiya prossesində heç bir viza və ya digər müraciətə QARANTİYA verilə bilməz. Müraciətə müsbət və ya mənfi cavab veriləcəyini yalnız səfirlik və immiqrasiya ofisi bilir.

13. İşə düzəltmə və İş vizası təklifi olanda ehtiyyatlı olun. Bu cür təklif çox vaxtı əsassız olur. Xaricdən işçi gətirmək üçün Kanadalı işə götürən şirkətlər müəyyən istisnalar olmaqla Kanada müvafiq orqanlarından xususi icazə almalıdır. Bu bir neçə ay sürən prossesdir. Və Kanada işçi bazarın sizin işlə təmin olunmasının təsiri ölçülür.

14. Sizin imiqrasiya məsləhətçisinin İmmiqrasiya ofisində, və ya səfirlikdə tanış və ya qohumunun olmasını deməyi şübhəlidir.

15. Məsləhətçinin “Səhv və Nöqsan” sığortasının olduğundan əmin olun.

16. Bilin ki, müraciətdə hər hansı səhv məlumat versəniz, Kanadanın "qapıları" ömürlük bağlana bilər.

https://iccrc-crcic.ca/fraud-prevention/
Azerbaijani Canadian Multicultural Center
Post Reply