Azerbaijani Canadian MultiCultural Center (ACMC)

Ontario provinsiyası - Toronto, Ottava, London, Vindzor və başqa şəhərlər.
Post Reply
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Azerbaijani Canadian MultiCultural Center (ACMC)

Post by EL-KHAN »

30 Avgust 2019
Könnüllülərin təşkilatçılıg köməyi ilə, azərbaycanlı iş adamın sponsorluğu ilə, Toronto-da, Finch avenue 1111-də Azərbaycan Mərkəzi yaradılır.
Mərkəzdə pulsuz hüquqi xidmət, azərbaycan rəqsləri, musiqi, inglis dili, rəssamlıg, və digər özdayrələr nəzərdə tutulub.
You do not have the required permissions to view the files attached to this post.
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Azerbaijani Canadian MultiCultural Center in Toronto (ACMC)

Post by EL-KHAN »

Hörmətli Həmvətənlər!

“Azerbaijani Canadian Multicultural Center” 2019-cu ilin Sentyabr ayında Kanadada yaşayan bir qrup azərbaycanlının təşəbbüsü ilə yaradılıb. Təsis sənədləri rəsmi olaraq dövlət qeydiyyatından keçirilən bu Mərkəz qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərəcək.

Təşkilatın yaradılmasında əsas məqsəd Kanadada yaşayan azərbaycanlıların cari sosial və məişət problemlərinin öyrənilməsi və mövcud imkanlar daxilində həllinə kömək göstərilməsidir.

Artıq 100-dən çox könüllülərin qoşulduğu Mərkəzin daxilində, müxtəlif sahələr üzrə 9 işçi qrupu yaradılıb. Maliyyə və hüquq xidmətləri, uşaqların inkişafı, media və PR, xeyriyyəçilik, təşkilatçılıg, işə düzəltmə və s. istiqamətlər üzrə yaradılan bu qruplar təşkilata qoşulmaq istəyən həmvətənlər üçün daim açıqdır. Həmin qruplar daxilində açıq səsvermə yolu ilə seçilən liderlər sonradan Mərkəzin vahid İdarə Heyətini formalaşdıracaq.

Yekun qərarların qəbul edilməsində əsas rol oynayacaq İdarə Heyətinin üzvləri şəffaflıq prinsipi əsasında mütəmadi rotasiya olunacaq. Bununla yanaşı, hazırda Mərkəzin nəzdində Ağsaqqallar Şurası formalaşma mərhələsindədir.

“Azerbaijani Canadian Multicultural Center”in illik büdcəsi Kanadada fəaliyyət göstərən iş adamları və digər könüllülərin ianələri hesabına formalaşacaq. Həmçinin, texniki və sosial xarakterli yardımın cəlb edilməsi məqsədi ilə yerli dövlət strukturları və ictimai təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur. Mərkəz büdcənin bütün mədaxil və məxaric maddələri üzrə ildə bir dəfə olmaqla təşkilatın üzvləri və müvafiq dövlət orqanları qarşısında hesabat verəcək.

“Azerbaijani Canadian Multicultural Center”in məqsədi Kanadada yaşayan azərbaycanlıların əsas bələdçisinə çevrilmək və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, həmçinin icmadaxili əlaqələrin inkişaf etdirilməsidir. Daim yeni üzvlərin qoşulması üçün acıq olan Mərkəz artıq 2020-ci ildən geniş tədbirlər planı ilə aktiv iş fazasına başlayacaq.

Hörmətlə
Media qrupu
Lale Musaqizi
Saida Huseynova
Vugar Mustafayev
Elkhan Jafarov
Elchin Mukhtarov
Ramil Ismayilov
Jamal Yahya
Adalat Ali
Qiyas Huseyn
Zaur Mamedov
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Azerbaijani Canadian MultiCultural Center in Toronto (ACMC)

Post by EL-KHAN »

“Azerbaijani Canadian Multicultural Center”in tərkibində fəaliyyət göstərən Karyera üzrə məsləhət qrupu (Career Counceling) artıq fəaliyyətə başlayıb. Hədəf Kanadaya gələn azərbaycanlılara iş axtarışında dəstək olmaq və qısa müddətdə məşğulluğu təmin etməkdir. Bunun üçün qrupun kollektivi, həmyerlilərimizə aşağıdakı xidmətlər üzrə ödənişsiz dəstək göstərəcəklər:
- Kanada standartlarına uyğun Tərcümeyi-halın (resume) hazırlanması;
- Açıqlama məktubunun (Cover letter) hazırlanması;
- Toronto şəhərində təşkil edilən iş yarmarkaları haqqında məlumat;
- Azərbaycanlılar çalışan şirkətlərdəki vakansiyalar;
- İşədüzəltmə agentlikləri haqqında məlumat.

Karyera üzrə məsləhət qrupunun üzvləri ilə tanış olun:
Cavid R. Abbasov
Saida Huseynova
Nərmin Sultanova
Elməddin Kərimov
Rüfət Rəhmanov
Anar Mammadov

Qeyd edək ki, “Azerbaijani Canadian Multicultural Center”in məqsədi Kanadada yaşayan azərbaycanlıların əsas bələdçisinə çevrilmək və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, həmçinin icmadaxili əlaqələrin inkişaf etdirilməsidir.
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Azerbaijani Canadian MultiCultural Center in Toronto (ACMC)

Post by EL-KHAN »

Hörmətli Soydaşlarımız!
Kanadaya yeni həyat qurmağa gəlmisiniz və bu prosesdə müəyyən çətinliklər ilə üzləşirsiniz və ya üzləşə bilərsiniz. Bu prosesin asanlaşması üçün burada yaşayan həmvətənləriniz tərəfindən "Azerbaijani Canadian Multicultural Center" Cəmiyyəti yaradılmışdır.

Bu prosesin bir hissəsi olaraq aşağıda qeyd olunan sahələr ilə bağlı "Məsləhət (Konsaltinq)" qrupunda peşəkar xidmət göstərən soydaşlarımıza müraciət edə bilərsiniz:

Təhsil
Miqrasiya
İpoteka
Finans

Qeyd olunan sahələr üzrə təmənnasız məsləhət verilməsi, istiqamət göstərilməsi, əldə olunmuş təcrübələrin sizlərlə bölüşdürülməsi üçün Cəmiyyətin yerləşdiyi ofisdə qəbul günləri və rüblük maarifləndirmə tədbirləri keçiriləcək, eyni zamanda, sualı olan hər bir soydaşımıza mütəxəssislər tərəfindən emaillərlə ətraflı cavab veriləcək. Bu günlərin keçiriləcəyi tarix barəsində sizlərə öncədən məlumat təqdim olunacaq.

Sizə yeni həyatınızda uğurlar arzu edirik və bu uğurları əldə etmək üçün bütün mümkün imkanlarımızla sizlərin yanında olacağıq!

Hörmətlə,
Məsləhət (Konsaltinq) qrupu

Ədalət Quliyev
Könül Rəşidova
Kamil Məmişov
Rövzat Zakaryayev
Rəşad Məmmədov
Mirismayıl Seyidov
Ruslan İsmayılzadə
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Azerbaijani Canadian MultiCultural Center in Toronto (ACMC)

Post by EL-KHAN »

Kanadaya, Torontoya yeni gəlmisiniz və hava limanından haraya gedəcəyinizi bilmirsiniz? Kirayə mənzil tapmaqda çətinlik çəkirsiniz... İş icazəsi üçün hara, necə müraciət edəcəyinizdən xəbərsizsiniz... Ailə həkimi tapmaqda da yardıma ehtiyacınız var... Bank hesabı açdırmaq istəyirsiniz...

O zaman doğru ünvandasınız!!!

Hava limanında qarşılanıb sənədləşmə məsələlərinizlə bağlı hər hansı yardım istəyirsinizsə, çəkinmədən “Azerbaijani Canadian Multicultural Center”in Məskunlaşma (Settlement) qrupuna müraciət edə bilərsiniz. Sözügedən qrup Kanadaya müvəqqəti, yaxud həmişəlik yaşamaq məqsədilə gələn soydaşlarımızın ölkəyə inteqrasiya olma müddətində onlara təmənnasız kömək edəcək.

Etiraf edək ki, Kanadaya gələn soydaşlarımız xüsusilə ilk bir neçə ayı buradakı sistemi öyrənməkdə əziyyət çəkir, qeydiyyat məsələləri ilə bağlı problemlərlə rastlaşırlar. Bu problemləri yaşamamaq üçün sözügedən qrup "dadınıza" çatacaq.

Hörmətlə,
Settlement qrupu

Ramil Hamzayev
Azad Abbasov
Rauf M. Mustafayev
Nəbi Nəbiyev
Ayyub Hajiyev
Orxan Məmmədov
Hafiz Bayramov
Musa Səfərli
Ali Haciyev
Əli Aslanov
Mehman Farziyev
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Azerbaijani Canadian MultiCultural Center in Toronto (ACMC)

Post by EL-KHAN »

Övladınız riyaziyyatdan çətinlik çəkir?

Universitetə qəbul olması üçün həm valideyn olaraq siz, həm də övladınız çaba göstərirsiniz. Amma riyaziyyatdan bilgiləri kifayət olmadığı üçün əlacsız qalmısınız... Bunun üçün narahat olmağına dəyməz.
Fevral ayından Kanadalı Azərbaycanlıların Multikultural Mərkəzinin (Azerbaijani Canadian Multucultural Center) ofisində riyaziyyat dərslərinin tədrisinə başlanacaq. 1-12-ci siniflər üçün nəzərdə tutulan dərsləri Kanada məktəblərində riyaziyyatdan dərs demiş azərbaycanlı müəllim Cəbrayıl Əsədov aparacaq.

Övladınızın dərslərdə iştirakını istəyirsinizsə, zəhmət olmasa bu link-ə keçib formanı doldurun.
https://bit.ly/2QFtrJt

Dərslər şagirdlərin tələbatına uyğun orta məktəb tapşırıqlarına dəstək üzərində qurulacaq. Əgər uşaqların bilikləri öz siniflərinə görə aşağı olarsa, dərslər aşağı sinif proqramları ilə başlanacaq. Çünki hər bir fəndə, xüsusilə riyaziyyatda bazanın olması çox vacibdir.
Dərslər şagirdlərin istəyi ilə Azərbaycan, yaxud ingilis dillərində aparılacaq. Dərs vəsaitləri ilə yanaşı, əlavə materiallardan da istifadə ediləcək.
Uşaqlarda riyaziyyata maraq yaratmaq, eyni zamanda dərslərin yorucu olmaması üçün əyləncəli, öyrədici oyunlar da oynanılacaq.
Dərslər axşam saat 6-dan sonra həftədə 2, yaxud 3 dəfə, hər dəfə 1 saat keçiriləcək. Təhsil haqqı hər bir dərs üçün 15 CAD-dır.

Ünvan: 1111 Finch Avenue West, Unit 218
Post Reply