İmmiqrasiya Kanadanın əsas prioriteti olaraq qalacaq

Post Reply
Aygun83
Articles: 0
Posts: 126
Joined: August 14th, 2020, 10:16 pm

İmmiqrasiya Kanadanın əsas prioriteti olaraq qalacaq

Post by Aygun83 »

Kanada Parlamentinin yeni iclasında immiqrasiya əsas prioritet olaraq qalacaq. Parlamentin hər yeni iclası hökumətin hədəflərini müəyyənləşdirən çıxışla başlayır.
Kanada General Qubernatoru Juli Payet 23 sentyabr tarixində baş tutmuş Kanada 43-cü Parlamentinin ikinci iclasını rəsmi olaraq açmaq üçün bir nitq söylədi. General Qubernator Kanada monarxı Kraliça II Yelizavetanın federal təmsilçisidir.
Payet parlamentin yeni iclasında hökumət planının dörd əsas prinsipini ortaya qoydu:
1. pandemiya ilə mübarizə və insanların xilas edilməsi;
2. böhran dövründə insanlara və iş adamlarına dəstəyi davam etdirmək;
3. daha güclü Kanada iqtisadiyyatı qurmaq üçün uğurlu bərpa;
4. bizi kanadalı edən amilləri müdafiə etmək. Qonaqpərvər, iki rəsmi dili qoruyan, gender bərabərliyini təbliğ edən və yerli xalqlarla mehribanlıq şəraitində yaşayan bir ölkə olmağı davam etmək.
Payet söylədi ki, immiqrasiya Kanadanın COVID-19 iqtisadi bərpası üçün əsas rol oynayacaq.


https://vancouverok.com/news/immigraciy ... nta-kanady
Post Reply