Erin O'Tul Mühafizəkarlar lideri elan edildi

Post Reply
Ismail
Articles: 0
Posts: 18
Joined: August 23rd, 2020, 5:35 pm

Erin O'Tul Mühafizəkarlar lideri elan edildi

Post by Ismail »

O'Tul üç tur səsvermədən sonra öz liderliyini təmin etdi.
Nəticələr bazar gecəsi gözlənildiyinə baxmayaraq, içində bülleten olan bir neçə min poçt zərfinin açılması ilə əlaqədar yaranmış problemlər üzündən bazar ertəsi səhəri qədər təxirə salındı.
"Hələ də oyaq qalan milyonlarla kanadalıya səslənirəm: sizinlə ilk görüşümdür, sabahınız xeyir, mən Erin O'Tulam və qarşıdakı həftələrdə və aylarda məni tez-tez görəcək və eşitəcəksiniz", - O'Tul qələbə nitqində belə dedi.
Üçüncü və son səsvermədə O'Toole 57% səs, onun rəqibi Peter McKay isə 43% səs toplayıb.
Erin O'Tul öz nitqində söylədi: "Əvvəldən sizin və ailələriniz üçün mübarizə aparmağa gəldiyimi bilməyinizi istəyirəm".
"Bizim (Mühafizəkarlar) partiyamızın və hərəkatımızın birləşməsinin və ən vacib olana diqqət yetirməyin zamanı gəldi: ölkəmizin yenidən doğru istiqamətdə getməsini təmin etmək" dedi.
Post Reply