Kanada əyalətində kütləvi toplantı keçirənlər 2000 dollar cərimə ediləcəklər

Peşəkar, iş adamları, tələbə və təcrübəli mütəxəsislər üçün Vilayətlər programları.
Post Reply
Aygun83
Articles: 0
Posts: 126
Joined: August 14th, 2020, 10:16 pm

Kanada əyalətində kütləvi toplantı keçirənlər 2000 dollar cərimə ediləcəklər

Post by Aygun83 »

British Columbia əyalətində ictimai səhiyyə qaydalarını, xüsusən də böyük toplum qaydalarını pozan hər kəs artıq 2000 dollara qədər cərimələnəcəkdir.
İctimai Təhlükəsizlik Katibi Mayk Farnworth elan etdi ki, xəstəliyin bu yaxındakı sıçrayışı fonunda, əyalətdə COVID-19 yayılmasının qarşısını almaq üçün bu addım dərhal atılacaq.
Polis və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq 50-dən çox insanın qatıldığı təqdirdə böyük ev ziyafətləri və icazəsiz tədbirlərə ev sahibliyi edən mülk sahiblərini və kirayəçiləri 2000 dollar məbləğində cərimə edə biləcəklər.
Post Reply