Page 1 of 1

Biznes immiqrasiya: 2020-ci ildə Kanada özüməşğuliyyət proqramı üzrə 180 immiqrant qəbul edib

Posted: August 16th, 2020, 6:57 am
by Aygun83
Özüməşğuliyyət proqramı Kanadanın federal biznes immiqrasiya proqramlarından biridir. Kanada dünyanın bütün ölkələrindən iş adamlarını cəlb etməyə davam edir və son məlumatlara əsasən, 2020-ci ildə bu proqram çərçivəsində 180 nəfər dəvət alıb. Özüməşğuliyyət proqramı yalnız mədəniyyət və idman sahələrində çalışan insanlara aiddir. 2018-ci ilədək bu proqram həm təsərrüfat idarəçiliyini əhatə edirdi, lakin Kanadanın İmmiqrasiya, qaçqınlıq və vətəndaşlıq Nazirliyi (Immigration, Refugees and Citizenship Canada, IRCC) bunu ləğv etmək qərarına gəldi.