Page 1 of 1

Kanadaya immiqrasiya 64% azalıb: iqtisadi artım təhlükə altındadır

Posted: August 21st, 2020, 4:16 pm
by Aygun83
Yüksək immiqrasiya səviyyəsi Kanada hökumətinin işçi qüvvəsini genişləndirmək və əhalinin yaşlanmasına qarşı yönəlmiş səylərinin əsas tərkib hissəsi olmuşdur.
Hökumətin son məlumatına görə, Kanada son üç ayda yalnız 34.260 daimi sakin qəbul etdi. Bu, 94.275 immiqrantın qəbul edildiyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64% azdır.
2020-ci ilin ilk altı ayında Kanada 103.420 cəmi daimi yaşayış vizası verdi. Bu gedişatla Kanadada immiqrasiya nisbəti bu ilin əvvəlində qoyulmuş hökumət hədəflərinə uyğun gəlməyəcəkdir. Mart ayında İmmiqrasiya naziri Marko Mendicino 2020-ci il üçün hədəfin 341.000 immiqrant olduğunu açıqladı.