British Columbia, 67 nəfəri Tech Pilot BCPNP-yə dəvət edib

Peşəkar, iş adamları, tələbə və təcrübəli mütəxəsislər üçün Vilayətlər programları.
Post Reply
Aygun83
Articles: 0
Posts: 126
Joined: August 14th, 2020, 10:16 pm

British Columbia, 67 nəfəri Tech Pilot BCPNP-yə dəvət edib

Post by Aygun83 »

8 sentyabr 2020-ci ildə British Columbia, British Columbia Provincial Nominee Program, BCPNP çərçivəsində Tech Pilot namizədləri üçün yeni bir seçim mərhələsi keçirdi. Bu mərhələdə əyalət rəhbərliyi əlavə 67 namizəd dəvət etdi. Dəvət alan bütün müraciət edənlər proqram üçün təsdiqlənmiş 29 texnoloji ixtisasından birində işləyirlər.
Bütün dəvətnamələr dörd BCPNP kateqoriyasında namizədlərə göndərildi:
Skills Immigration — Skilled Worker
Skills Immigration — International Graduate
Express Entry British Columbia — Skilled Worker
Express Entry British Columbia — International Graduate.
Bütün namizədlər Əyalət İmmiqrasiya Qeydiyyat Sistemində (Skills Immigration Registration System, SIRS) ən azı 80 bal toplamışlar. Ümumilikdə, 2020-ci ildə British Columbia 6069 dəvətnamə (ITA) verdi ki, onların da 1572-i Tech Pilot çərçivəsində olub.


http://azerbaijani.ca/posting.php?mode=post&f=13
Post Reply