2019 Noyabr 24 Əminə Dilbazi 100 illiyi

Arxiv
Post Reply
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

2019 Noyabr 24 Əminə Dilbazi 100 illiyi

Post by EL-KHAN »

ƏMİNƏ DİLBAZİ 100 İLLİYİNDƏ TORONTODA ANILDI

Noyabr ayının 24-də Kanadada fəaliyyət göstərən Azerbaijani Women’s Support Centre North York Civic Centre-də Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi təşkil elədi.

AWSC-nin idarə heyətinin üzvü Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin Azərbaycan rəqs sənətindəki rolu və çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlərini vurğuladı.

Tədbirdə tarixçi Fatimə Quliyeva Əminə Dilbazinin həyatı ilə yanaşı Dilbazi nəslinin tarixi və onların Azərbaycanın müstəqilliyi ugrundakı mübarizəsi haqda ətraflı məlumat verdi.

Əminə Dilbazinin tələbəsi Qəmər xanım Peyğəmbəri isə sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışdı. Qəmər xanım bildirdi ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazandı.

Tədbirdə iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor İsmayıl Hacıyev bildirdi ki, Əminə xanımın özünəməxsus orijinal ifa tərzi vardı. Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimzin araşdırılmasına və tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda qaldı. Qəmər xanəm bildirdi ki, Əminə xanım eyni zamanda, dünya xalqlarının rəqslərinə də geniş yer ayırmışdı. Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallarda Azərbaycan rəqslərini uğurla tanıtdırmışdı.

Tədbirdə “Dalğa” musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov və Əhməd Ağdamə) və Yusif Savalan ifalari ilə, Qəmər xanım, Ayaz ve Dəniz Hadıtalıb rəqsləri ilə iştirakçılara unudulmaz anlar yaşatdılar.

https://azerwomen.ca/events
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Əminə Dilbazi 100 illiyi

Post by EL-KHAN »

Noyabrın 24-ündə Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin (Azerbaicani Women's Support Center-in) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın Görkəmli Rəqqası Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr edilmiş yaradıcılıq gecəsi keçirildi.

Tədbiri Azəbaycan Qadınlarına Dəstək Mərkəzinin idarə heyətinin üzvləri Minirə Babayeva və Könül Qurbanova açaraq bu gecədə iştirak edən tamaşaçılara, musiqi və rəqs qurupuna mərkəz adından təşəkkür etdilər və səhnəni çıxış edənlərə həvalə etdilər.

Tədbirdə Əminə Dilbazinin oğlu drijor İsmayıl Hacıyev anasının yaradıcılığı haqqında, tarixçi Fatima Quliyeva Əminə Dilbazinin böyük nəsli haqqında araşdırmalarını, Kanadada Azərbaycan rəqsləri ilə vətənimizi tanıdan Qəmər Peğənbəri rəqs ustadı Əminə Dilbazi ilə bağlı xatirələrini tamaşaçılarla bölüşdülər.

Azərbaycanı öz mahnıları ilə Kanadada layıqıncə tanıdan Yusif Savalan və Dalğa (Əkbər Məcidov, Əhəd Məmmədov, Əliheydar Mirzəyev bə Əhməd Ağdami) ansambılının solisti Davud Ağabalayi gözəl və həzin mahnıları ilə, Naznaz Sadıqova Mirvari Dilbazinin poeziyasından bi yarpaq şeirlə, Dəniz Haditalab Kanadada gözəl ifa etdiyi "Sarı Gəlin" rəqsi, Ayaz Haditalab çox sevilən rəqsilə və Qəmər Peyğəmbəri ustadı Əminə Dilbazinin rəqs silsiləsindən məhşur Azərbaycan rəqslərimizin ifası ilə gecəmizə rəngarənglik qatdılar.
You do not have the required permissions to view the files attached to this post.
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Əminə Dilbazi 100 illiyi

Post by EL-KHAN »

Omni TV kanalında tədbir haqqında veriliş

https://fbwat.ch/1dioZipndaMOFoE5
Post Reply