Ontario hökuməti yay vaxtından qış vaxtına keçməyi ləğv edən layihəni dəstəklədi

Ontario provinsiyası - Toronto, Ottava, London, Vindzor və başqa şəhərlər.
Post Reply
Aygun83
Articles: 0
Posts: 146
Joined: August 14th, 2020, 10:16 pm

Ontario hökuməti yay vaxtından qış vaxtına keçməyi ləğv edən layihəni dəstəklədi

Post by Aygun83 » October 8th, 2020, 5:00 pm

Ontario hökuməti yay vaxtından qış vaxtına keçidin ləğvi üçün qanun layihəsini dəstəklədi. Millət vəkili Ceremi Roberts qanun layihəsini təqdim etdi və artıq hökumətin dəstəyi ilə bu layihə ikinci oxunuşdan keçdi.
Roberts qeyd etdi: "İnanıram ki, bu, bütün cəmiyyətin yorulduğu bu köhnəlmiş tətbiqetmənin ləğvi istiqamətində vacib bir ilk addımdır."
Tədqiqatlar dəfələrlə göstərib ki, bu prosedur insanlarda depressiyaya və ürək problemlərinə səbəb ola bilər.
Qanun layihəsinin üçüncü oxunuş tarixi hələ müəyyən edilməyib.

https://news.knopka.ca/read/11647

Post Reply