Express Entry haqqinda

Tələb olunan sənədlər, dil biliyi, əlavə bacarəqlar, vəsait və s.
Post Reply
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Express Entry haqqinda

Post by EL-KHAN »

Kanadaya getmək istəyənlər üçün kifayət qədər populyar proqramlardan biri “İşədüzəltmə proqramları üzrə Kanadaya immiqrasiya” adlanır.

Bu layihənin məqsədi xarici mütəxəssislərin hesabına Kanada iqtisadiyyatının iştirakına nail olmaqdan ibarətdir. Belə mütəxəssislərə eyni zamanda daimi yaşamaq hüququ da verilir. Bu, Kanadaya getməyin ən əlverişli yollarından biri hesab olunur. Bu proqramda iştirak etmək üçün 2015-ci ildən başlayaraq ilkin ekspress-giriş adlanan proqramdan istifadə etmək tələb olunur. Yəni namizədin proqramda iştirakı üçün müəyyən olunmuş tələblərə cavab verdiyini müəyyənləşdirən xüsusi bir onlayn sorğu doldurulur. (Sorğunu bu sayta daxil olmaqla doldura bilərsiniz: ttp //www.cic.gc.ca/english/express-entry/grid-crs.asp). Testin nəticələrinə görə iştirakçı müəyyən qədər bal toplayır. Toplanmış bal vərdişlər, təhsil səviyyəsi, dil bilikləri, dünyagörüşü və s. haqqında suallardan formalaşdırılır. Kim daha çox bal toplaya bilirsə, onun qəbul olunmaq şansı o qədər artır.
Aygun83
Articles: 0
Posts: 126
Joined: August 14th, 2020, 10:16 pm

Re: Express Entry haqqinda

Post by Aygun83 »

Yaxşı tətrəf odur ki, rəsmi saytda kalkulyator mövcuddur, onun köməyilə hər kəs şansını öyrənə bilər
Post Reply