Kanada 1 turist və 1 təhsil vizası imtina

Təhsil üçün viza, təhsildən sonra iş icazəsi, univer və kollec siyahısı, tələb olunan sənədlər və s.
Post Reply
student
Articles: 0
Posts: 1
Joined: November 18th, 2019, 3:02 am

Kanada 1 turist və 1 təhsil vizası imtina

Post by student »

Salam. 31 yaşım var. Mən 2019 iyun ayında yoldaşımla Kanada turist vizasına müraciət etdik. 1 və 3 yaşlı uşaqları burda qoymaqla. Səfər 1 həftəlik Monreal şəhərinə nəzərdə tutulmuşdu. Hər bir sənədlərimiz qaydasında idi , hər ikimizin iş yeri , adıma ev , maşın və bank hesabında da 16 000 USD pul göstərmişdim. ancaq imtina gəldi. Sonra mən təhsil vizasına müraciət etdim. Torontoda Georgian College-dən qəbul aldım,3 illik program idi. 2500 CAD təhsil depozitini ödədim, bank hesabında da 43 000 USD vəsait göstərdim. Vizaya tək özüm müraciət edirdim. Ailəm burda qalırdı. Yenə də bütün sənədlərim qaydasında idi. Adıma ev, maşın, bank hesabında vəsait və özüm də işləyirəm burda Maliyyə sahəsində. 7 noyabr-da imtina cavabı gəldi. Aşağıdakı səbəblər göstərilməklə:
1. Purpose of your visit
2. Your current employment situation
İnanın ki, hər 2 imtina səbəbi əsassızdı mənə görə. Purposet of visitlə bağlı qəşəng məktub yazmışdım. İş yerindən recommendation letter də almışdım.
Cari iş yerim də normaldı. Bakıda bankların birində çalışıram, aylıq əmək haqqım da 1500 AZN-ə yaxın, 8 ilə yaxın da iş stajım da var.


Bununla bağlı Ankaradakı konsulluğa da, həmçinin mənim keysimi yoxlayan Türk konsula da yazmışam. Ancaq heç bir cavab gəlməyibheç birilərindən.

Məlumat üçün onu da bildirim ki, indiyə kimi bir çox vizalarım da olub. 2008 USA viza, 2013 və 2019 Şengen viza, 2018 UK viza və 2019 Japan viza

Hörmətli yoldaşlar nə məsləhət görərdiniz mənə. İkinci dəfə təhsil vizasına müraciət edimmi? CAİPS notlarını almaq mənə kömək edərmi ? Zəhmət olmasa mənim imtinamla bağlı öz tərcübələrinizi mənimlə bölüşməyi sizlərdən xahiş edirəm.
Last edited by student on November 18th, 2019, 3:28 am, edited 1 time in total.
EL-KHAN
Articles: 0
Posts: 564
Joined: June 12th, 2019, 3:15 pm

Re: Kanada 1 turist və 1 təhsil vizası imtina

Post by EL-KHAN »

Sizin keys çox asandır. Siz viza alacagsız. Sadəcə bir az hazırlaşmag ehtiyyac var. İlk addım:
1. CAİPS sifariş edin. Gələn kimi bura screenshot yerləşdirin.
Post Reply