Page 1 of 1

Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 6th, 2020, 10:28 am
by Rovshan
Salam.

Mənim adım Rövşəndir.Bakıda tikintiyə aid şirkətdə satış nümayəndəsi işləyirəm. Evliyəm. Kanadaya köçmək arzusundayam çoxdandır ki. Yollar müxtəkifdir və həddindən artıq çox məlumat var imtetnetdə bu barədə lakin mən konsultasiya firmalarına müraciət etməli oldum.
İki yol tapıldı mənim üçün. Təhsil və job offernən.
Job offerin mənfi cəhədi mənim üçün o oldu ki yoldaşımı ancaq PR alandan sonra gətirə bilərəm. Təxminən 1 ildən sonra. Amma bilmədim bir şeyi ki kpnsultasiyada dedilər ki 9 aydan sonra PR verə bilərəm (bu dəqiqdirmi heç bilmirəm - konsultasiyada dediklərini yazıram),neçə müddətə PR özü veriləcək bilmədim. Sual kimi qeyd edirəm bunu.
Bildiyimə görə həm təhsilnən həm job offernən PR sonucda almaq olur. Və hər ikisidə təxminən eyni xərc tələb edir,hətta təhsil daha çox mən bilən.Əsas sualım odur ki hansı yol daha məslətlidir. Müqaisə etsək ikisini hansı daha üstündür?
Təşəkkür edirəm.

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 7th, 2020, 3:50 am
by Vusal650
Salam.Siz hansı formatla konsultasiya elediz.Əlaqə nömrələri var?

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 7th, 2020, 3:51 am
by Vusal650
Salam.Si hansı firma ilə konsultasiya etdiniz?Nömrələri varmı sizdə?

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 8th, 2020, 1:55 am
by Rovshan
Salam. Burda bir topik var firmalarin siyahisiynan. Ordaki firmalarnan danismisam. Topike baxin orda her melumat var

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 8th, 2020, 4:29 pm
by Aygun83
Salam!
Kanadada NOC deyilən bir anlayış var. Bu, ixtisasların klassifikasiyasıdır. Qısaca desək, Kanadada ixtisaslar 0, A, B, C, D kateqoriya üzrə bölünürlər.
0 və A kateqoriyalı ixtisaslara (ali təhsilli kadrlar, həkimlər, menecerlər və s.) tələblər yüksəkdir, məsələn, bu insanlara qarşı dil biliyi tələbi 7-8 xaldan aşağı deyil (İELTS şkalası ilə). Əvəzində isə bu insanlar ailələrini Kanadaya qısa zamanda gətirə bilərlər.
Sizin sahib olduğunuz ixtisas isə, səhv etmirəmsə, D kateqoriyasına aiddir. Bu isə o deməkdir ki, siz ingilis dilini ən azından 4.5-5.0 səviyyəsində bilməlisiniz, amma ailənizi gətirmək bir qədər zaman tələb edəcək.
Ona görə də, əgər yaşınız 30-u keçməyibsə, sizə ingilis dilini tez bir zamanda öyrənməyi və Express Entry proqramına müraciət etməyi tövsiyyə edərdim. Express Entry proqramından keçsəz, ailənizlə birlikdə gedə bilərsiniz.
Və ya Kanadada təhsil ala bilərsiniz ki, bu da müəyyən qədər pul vəsaiti tələb edir.
Bir sözlə, yaş və dil biliyi bu məqamda çox önəmlidir.

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 9th, 2020, 11:37 pm
by EL-KHAN
Mən təhsil yolu ilə gəlmişəm, amma o vaxtı Job Offer yolunu tanısaydım, o yolu seçərdim.

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: October 10th, 2020, 4:27 am
by Aygun83
Hazırda bizə bir şans düşüb, amma bir qədər şübhəli görünür. Tərslikdən internetə görə incələyə bilmirəm bu məqamı özümçün.

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: January 22nd, 2021, 2:38 pm
by Huseyn
Salam adım Hüseyndir. Tovuzdanam. Məndə belə bir variant çıxıb. Türkiyədə bir turizm agentliyi var 6000$ istəyir. Deyirlər ki, iş icazəsi alacaqlar 2illik.Pulun 3000-ni əvvəlcə qalanını isə 6ay sonra viza alınandan sonra ödəməliyəm. Sizdən məsləhət istəyirəm bu pulu verməyə dəyərmi?

Re: Təhsil və ya job offer əsasında imiqrasiya!

Posted: February 25th, 2021, 11:25 am
by Kamran888
Hüseyn hansı şirkətdir? Şirkət senden əvvəl kimisə göndərə bilib? Göndəriblerse həmin insanların kontakt yarada bilsən deqiqelesdir.firildaq insanlar choxdu