Gələn həftə Ontario-da minimum əmək haqqı dəyişəcək

Köçmə, uçuş, əşya, muqaisə və s.
Post Reply
Aygun83
Articles: 0
Posts: 146
Joined: August 14th, 2020, 10:16 pm

Gələn həftə Ontario-da minimum əmək haqqı dəyişəcək

Post by Aygun83 » September 22nd, 2020, 4:37 pm

Gələn həftədən etibarən Ontario minimum əmək haqqını artıracaq. 1 oktyabrdan etibarən, əyalətdə saatlıq əmək haqqı 14.00$-dan 14.25$-a yüksələcək. Bu dəyişiklik 30 sentyabr 2021-ci il tarixinədək qüvvədə olacaq, bundan sonra isə minimum əmək haqqı yenidən artırıla bilər.
Lakin bir neçə nüans var.
Tələbələr üçün minimum əmək haqqı saatda 13,15 dollardan 13,40 dollara qədər artacaq. Bu, təhsil və ya tətil vaxtı həftədə 28 saat və daha az işləyən tələbə və yetkinlik yaşına çatmayanlara aiddir.
Ofisiantların maaşı saatda 12,20 dollardan 12,45 dollaradək artacaq.
Ev işçiləri və ya yaşadığı yerdə işləyən işçilər (məsələn, paltar ustası, tikişlə məşğul olanlar) saatda 15.40 dollardan 15.70 dollara qədər artım alacaqlar.


https://www.torontovka.com/news/canada/ ... 32177.html

Post Reply